(AP Photo/Lucas de Leon)

Az.shafaqna.com “Russia Today”-ə istinadən xəbər verir ki, “Barselona”-nın argentinalı hücumçusu Lionel Messi qolların klub səviyyəsindəki qarşılaşmalara nisbəti üzrə XXI əsrin ən yaxşı futbolçular reytinqinin lideri olub.

Müvafiq reytinqi “Give Me Sport” tərtib edib.

Messi 726 qarşılaşmada 630 qol vurmaqla (0,87) siyahının birincisi olub.

2-ci yerin sahibi isə 812 oyunda 626 qol vuran (0,77) “Yuventus”-un oyunçusu Kriştiano Ronaldo olub.

3-cü yerdə də “Bavariya”-nın hücumçusu Robert Levandovski qərarlaşıb: 427 oyunda 345 qol (0,73).