SDU-da Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

Az.shafaqna.com xəbər verir ki, dekabrın 26-da Sumqayıt Dövlət Universitetinin (SDU) Elmi Şurasının genişləndirilmiş iclası keçirilib.

Universitetin rektoru Rüfət Əzizov iclasın gündəliyində duran məsələləri Elmi Şura üzvlərinin diqqətinə çatdırıb.

Əmək haqlarının artırılması və 2025-ci il Yeni il bayramı münasibətilə əməkdaşların mükafatlandırılması, ümumi illik hesabat, 2025-ci ildə SDU-da keçiriləcək Respublika və beynəlxalq səviyyəli elmi konfransların planının təsdiqi, həmçinin SDU-nun nəzdində fəaliyyət göstərən FD 2.24-Dissertasiya Şurasında seminar və şura üzvlərinə Şuranın fəaliyyətinin təşkili ilə əlaqədar əmək haqqı ödənilməsi barədə məsələlər dinlənilib.

Aparılan müzakirələrdən sonra Şura üzvlərinin müvafiq təklif və tövsiyələri nəzərə alınmaqla qəbul olunub. Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verib.

Bu məqaləni paylaş