
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan parlamentinin sədri Arçil Talakvadze Azərbaycanın yeni təyin etdiyi fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb.
Tanışlıq xarakterli görüşdə iki ölkə arasındakı tarixi dostluq və həmkar əlaqələri haqda danışılıb və bu kontekstdə parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsinə diqqət ayrılıb.
Parlamentlərin dostluq qrupları arasında sıx münasibətlərin əhəmiyyəti vurğulanıb.
Tərəflər həmçinin regionda sülh və təhlükəsizliyin də mühümlüyünü müzakirə ediblər.
Danışıqlar zamanı qlobal pandemiyanın səbəb olduğu problemlərə də toxunulub və qeyd edilib ki, pandemiya başa çatandan sonra ticari və turizm əlaqələrinin sürətli bərpası hər iki ölkə üçün prioritet məsələdir.
Gürcüstan parlamentinin sədri səfirə fəaliyyətində uğurlar arzulayıb və əməkdaşlığa hazırlığını ifadə edib.






























