
Türkiyə prezidenti Azərbaycana tam dəstəyini bildirib.
Az.shafaqna.com TRT-yə istinadlı xəbərinə görə, rəsmi məlumatda bildirilir ki, Ermənistanın təxribatlarına münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu hərəkətləri şiddətlə qınayaraq deyib: “Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olmağa davam edəcək.”
“Yuxarı Qarabağın işğalından bəri sürən gərginliyin Ermənistanın sistemli hücumlarıyla qarşıdurmaya çevrilməsi narahatlıq yaradır. Bu hücum Ermənistanın həddini aşan bir hadisədir. Məqsəd həm Yuxarı Qarabağda həlli tıxamaq, həm də yeni qarşıdurma sahələri ortaya çıxarmaqdır. Türkiyə Azərbaycanın haqqına, hüququna, torpaqlarına istiqamətli hər cür hücumun qarşısında olmaqdan əsla vaz keçməyəcək.”, – deyə Ərdoğan əlavə edib.
























