
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara rəqəmsal platformalarda yayımlanan tanıtım reklamlarına qarşı ehtiyatlı olmağı tövsiyə edib.
Az.shafaqna.com-un məlumatına görə, bu xəbər DİN-in rəsmi sosial media hesabında paylaşılıb. Nazirlik vətəndaşları “məşhur şəxsləri və ya tanınmış səhifələri təqlid edərək yaradılmış sosial media hesablarında paylaşılan kontentlərə qarşı diqqətli olmaq”, “yönləndirilən internet saytların veb ünvanlarını yoxlamaq, doğruluğundan əmin olmaq” və “yönləndirilən keçidlərdə fayl və proqram yükləmə seçimlərinə qarşı diqqətli olmaq” barədə xəbərdar edib.
Sosial mediada yayılan tanıtım məzmunlarına qarşı ehtiyatlı olmaq vacibliyini vurğulayan DİN, istifadəçiləri hər hansı şübhəli keçidlərə klikləmədən öncə onların təhlükəsizliyini yoxlamağa çağırır.






























