
Az.shafaqna.com “Reuters”-ə istinadən xəbər verir ki, “Boies Schiller Flexner” “Google”-nin ana şirkəti olan “Alphabet Inc.”-ı məhkəməyə verib.
Məhkəmə iddiasında deyilir ki, hətta telefonun quraşdırmalarında internetdəki hərəkətlərin və mobil tətbiqin izlənilməsi söndürüləndə belə “Google” əvvəlki kimi mobil tətbiqlərin istifadəsinə dair məlumatları və şəxsi məlumatları ələ keçirməyə davam edir.
Bir qrup iddiaçınə təmsil edən “Boies Schiller Flexner”cari ilin iyun ayında da korporasiyaya qarşı 5 milyon dollarlıq iddia qaldırıb. Onlar “Google”-ni “Chrome” brauzerinin inkoqnito rejimində belə şəxsi məlumatları toplamaqda ittiham edirlər.






























