Çavuşoğlu Lavrovun dəvəti ilə Rusiyaya səfər edəcək – SƏBƏB

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfər edəcək.

Bu barədə Rusiya XİN rəsmisi Mariya Zaxarova məlumat verib.

“29 dekabrda Türkiyə xarici işlər naziri Rusiya XİN başçısı Sergey Lavrovun dəvəti ilə ölkəmizə, Soçi şəhərinə işgüzar səfər edəcək”, – deyə Zaxarova bildirib.

Çavuşoğlu Rusiya-Türkiyə Ali Dərəcəli Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən Birgə Strateij Planlaşdırma Qrupunun 8-ci iclasında iştirak üçün Soçiyə səfər edəcək.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş