Övladına milli qəhrəman adı qoyanlara MÜKAFAT VERİLƏCƏK

Az.shafaqna.com rus mediasına istinadən xəbər verir ki, Çeçenistanda maraqlı aksiya keçiriləcək.

Belə ki, müyyənləşdiriləcək konkret gündə doğulan uşaqlara çeçen xalqının qəhrəmanlarının adını verəcək valideynlərə 500 rubl (~8,2 min AZN) veriləcək.

Sözügedən gün barədə açıqlama veriləcək.

Xatırladaq ki, bu Çeçenistanda keçirilən ilk belə tədbir deyil. 2020-ci il 28 oktyabrdan 29 oktyabra keçən gecədə dünyaya göz açan körpələrə əziz İslam Peyğəmbəri hz.Məhəmməd (s) və Onun pak Ailəsinin (ə) üzvlərinin adlarını verənlərə də oxşar mükafat verilmişdi.

Bu məqaləni paylaş