Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, Avropa İttifaqı (Aİ) ABŞ dövlətini öz maraqları çərçivəsində istismar üçün yaradılıb.
O, Ağ Evdə keçirilən mətbuat konfransında xatırladıb ki, ABŞ Çin və bir çox ölkə ilə rəqabət aparır. Aİ-nin də adını çəkən Tramp deyib ki, Aİ heç zaman ABŞ-a yaxşı yanaşmayıb.
“Aİ ABŞ-ı şəxsi maraqları çərçivəsində istifadə üçün yaradılıb. O yaradılıb və ABŞ-da da istifadə edir. Mən bunu bilirəm, onlar da mənim bildiyimi bilirlər, lakin digər prezidentlərin (bu haqda) təsəvvürləri belə yox idi”, – deyə o qeyd edib.
Tramp konkret misallar çəkməyib, lakin sonradan bildirib ki, ABŞ-ın Avropa ölkələri ilə “əla münasibətləri” var. Onun fikrincə, onlar isə bir çox onilliklər ərzində ABŞ-a qarşı ədalətsiz olublar, xüsusən də ticarət məsələsində.
“Bunu həll etmək olduqca asandır və mən bunu həll etməyə hazır idim”, – deyə bildirən Tramp əlavə edib ki, buna pandemiya mane oldu.






























