
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 4 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər sağalıb.
Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.
Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 1003-ə çatıb, onlardan 873 nəfər sağalıb, 15 nəfər ölüb. Karantin rejimində 5001 vətəndaş, stasionarlarda isə 244 nəfər qalır.




























