Az.shafaqna.com RİAFAN-a istinadən xəbər verir ki, psixoloji elmlər namizədi, dosent, somnoloq Aleksey Melexin möhkəm yuxuya kömək edən məhsullar barədə danışıb.
Mütəxəssis yuxudan 1-2 saat qabaq qida qəbulundan imtina etməyi, ya da ki, üstünlüyü karbohidrat və kofein olmayan məhsullara verməyi məsləhət görüb.
Melexin aydınlıq gətirib ki, qida qəbulu təkcə mədə-bağırsaq traktının (həzm yolu) işi deyil, həm də sinir sisteminin işidir. Buna görə də, əgər axşam yemək istəsəniz, bunlar stumullaşdırıcı effektə sahib olan məhsullar olmamalıdır.
Üstəlik, onun sözlərinə görə, qida bir çox insan sakitləşdirici effekt verir. Tərkibində triptofan olan qida isə sakitləşdirir və yuxu keyfiyyətini artırır, xüsusən də yuxusuzluqdan əziyyət çəkən insanlarda. Bu cür məhsullara qoz, fındıq, banan, pendir, paxlalıar, hind quşu və qoyun əti daxildir.