Az.shafaqna.com “Ziyarətgaha daxil olmaq icazəsi” duası ilə bağlı məlumatı diqqətinizə çatdırır.

Hər şeyin öz ədəbi və qaydaları olduğu kimi, ziyarətgahları ziyarət edərkən də xüsusi bir ədəb qaydası mövcuddur.

Ziyarətə başlamaq, o müqəddəs yerləri ədəblə ziyarət etmək üçün əvvəlcə həmin məkanın müqəddəsliyinə və əzəmətinə layiq şəkildə yaxınlaşmaq vacibdir.

Bir çox ziyarətgahda, qapıdan içəri daxil olmadan əvvəl, “ziyarətdaha daxil olmaq icazəsi” duası (izni duxul) oxunur. Bu dua, insanın niyyətini saflaşdıraraq, ziyarətgahın müqəddəs ruhuna yaxınlaşmasını təmin edir.

Bir kəsin evinə və ya otağına daxil olmaq istəyərkən icazə alırıqsa, ziyarətgaha da daxil olmazdan əvvəl icazə alınması çox məntiqlidir.

İmam Rzanın (ə) pak məqbərəsi kimi möhtəşəm ziyarətgahların hər qapısında belə bir dua tablolara rast gəlmək mümkündür. Bu dua, zəvvarın niyyətinin saf və hərəkətinin doğru olması üçün bir növ hazırlıq və ədəb kimi qəbul edilir, eyni zamanda, ziyarətgahın müqəddəs əzəmətinə hörmətin bir göstəricisi sayılır.