Az.shafaqna.com-un verdiyi xəbərə görə, Azərbaycanın iki ağırlıqqaldıranı Bəhreynin paytaxtı Manamada keçiriləcək dünya çempionatında iştirak edəcək.
Bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarışda İsa Rüstəmov (73 kiloqram) və Dadaş Dadaşbəyli (109 kiloqram) güclərini yoxlayacaqlar.
Qeyd edək ki, 75 ölkədən 227 idmançının mübarizə aparacağı dünya çempionatı dekabrın 6-15-də təşkil olunacaq.
Bu məqaləni paylaş
