Az.shafaqna.com xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi yeni məlumat yayıb. Məlumatda Ermənistan ordusunun artilleriya divizionunun idarəetmə məntəqəsinin bombalanmasının videosu dərc olunub.

Nazirliyin rəsmi – Mod.gov.az saytı vasitəsilə yayılan məlumatda qeyd edilir: “Düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.”