Azərbaycan Polisi yenə koronavirus xəstələrini ictimai yerlərdə aşkar etdi

Az.shafaqna.com xəbər verir ki, Azərbaycan Daxili İşlər nazirliyinin rəsmi facebook səhifəsinin məlumatına görə, COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 18-də respublika ərazisində 36 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.
30 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Bu məqaləni paylaş