
Nigeriyanın Kaduna әyalәtindә törәdilәn silahlı hücum nәticәsindә 22 nәfәr hәlak olub. Az.shafaqna.com trt-yə istinadən xəbər verir ki, bu barәdә ölkәnin media orqanları mәlumat yayıb. Mәlumata görә, hadisә ölkәnin Zangon Kataf bölgәsindә baş verib.
Silahlı hücum nәticәsindә çox sayda adam da yaralanıb.
Kaduna Polis İdarәsinin mәtbuat katibi Muhammad Jaliqe hücum zamanı çox sayda adamın da girov götürüldüyünü deyib.
Bölgәyә әlavә tәhlükәsizlik qüvvәlәrinin göndәrildiyini ifadә edәn Jaliqe hücum sәbәbindәn bölgәdә müvәqqәti komandant saatı elan edilib.
























