
Az.shafaqna.com “Russia Today”-ə istinadən xəbər verir ki, İran, Tehran səması üzərində vurulan Ukrayna təyyarəsi “Boeing”-in “qara qutusunu” oxunması üçün 20 iyulda Fransaya göndərəcək.
Bu haqda Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT) məlumat verib.
“Bu gün (26 iyunda – red.) BMAT Şurasının iclasında İran bildirdi ki, PS752 reysinin “qara qutuları” məlumatın oxunması üçün 20 iyulda Fransaya təqdim ediləcək”, – deyə bildirilib.
Xatırladaq ki, 8 yanvarda Tehranda 176 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası baş verib. İran tərəfi bildirib ki, İran HHM sistemi təyyarəni səhvən qanadlı raket kimi qəbul edərək onu vurub.






























