Az.shafaqna.com “Al Masirah”-a istinadən xəbər verir ki, Yəmən ordusunun rəsmisi briqada generalı Abdullah bin Amir yeni növ ballstik raketlərin əldə edildiyini elan edib.

Sana tezliklə bu raketin nümayişini keçirəcək”, – deyə o qeyd edib.

Yəmən Baş nazirinin müavini briqada generalı Cəlal əl-Ravişan ordunun raket-döyüş imkanlarının inkişafının davam etdirilməsinin zəruriliyini qeyd edib və işğalçı Səudiyyə Ərəbistanına xəbərdarlıq edərək deyib ki, “Yəmən raketlərinin və PUA-larının uçuş mənzili o qədər genişləndiriləcək ki, düşmənin təəccübünə səbəb olacaq”.

Əl-Ravişan Yəmənin Səudiyyə Ərəbistanına qarşı uğurlu əməliyyatından danışaraq bildirib ki, “əməliyyatın məqsədi Səudiyyə Ərəbistanı ərazisindəki hərbi bazalar və (hərbi) obyektlər idi… Təcavüzkar Səudiyyəyə ağır maddi və canlı qüvvə ziyanı vurulub”.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı koalisiyası Yəmənə qarşı işğalçı və təcavüzkar siyasət yürüdür.