İmam Əli (ə) ziyarətgahı qaraya boyandı – FOTOLAR

Az.shafaqna.com xəbər verir ki, “Əyyami Fatimə” – yəni hüzün günləri münasibətilə, Nəcəfül-Əşrəfdə yerləşən İmam Əli (ə) ziyarətgahında qara bayraqlar asılmış, müxtəlif yazılı qara parçalar və plakatlar ilə ziyarətgah qaraya boyanıb.

İmam Əli (ə) ziyarətgahı, hər il olduğu kimi, bu hüzünlü günlərdə Əhlibeytin dərdini ürəyində daşıyan müsəlmanların qəlbinin bir yeri olmuşdur. Zəvvarlar, İslam Peyğəmbərinin (s.a.v) buyurduğu “Mənim qəmli günümdə qəmli olmayan bizdən deyil” hədisinə uyğun olaraq, öz kədər və qüssələrini bu müqəddəs məkanda ifadə edirlər. Bu ildə “Əyyami Fatimə”də bu ənənə reallaşacaq.

“Əyyami Fatimə” və ya “Əyyami Fatimiyyə” adlandırılan bu xüsusi dövr, Xanım Fatiməyi Zəhranın (s.ə) şəhadətini yad etmək məqsədilə qeyd olunan matəm günləridir. Bu dövrün zaman aralığı isə müxtəlif rəvayətlərə əsasən fərqli şəkildə qeyd edilir: Birinci rəvayətə görə, Xanım Fatimə (s.ə) Peyğəmbərimizin (s.a.v) vəfatından 75 gün sonra dünyadan köçmüşdür, digəri isə, həmin şəhidin Peyğəmbərin vəfatından 95 gün sonra bu fani dünyadan əbədiyyətə qovuşduğunu bildirir.

Xanım Fatiməyi Zəhranın (s.ə) şəhadəti Cəmadiul-Əvvəl ayının 13-ü və Cəmadiüs-Sani ayının 3-ü tarixlərində anılır. Həmin 20 gün ərzində isə, “Əyyami Fatimə” olaraq bu mübarək xanımın xatirəsinə xüsusi matəm mərasimləri təşkil edilir, əza məclisləri qurulur və bu dövr boyu sevinclə qeyd olunan bayramlar təxirə salınır.

Bu məqaləni paylaş