Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, koronavirus daxili turizmin zəruri olduğunu və ölkənin təkcə xarici turistlərdən asılı olmamalı olduğunu göstərdi.

Bunu Gürcüstanın regional inkişaf və infrastruktur naziri Mayya Tskitişvili bildirib.

O, daxili dövlət yollarının inkişafının mühümlüyünü qeyd edib. Məsələn, Tbilisini Raça ilə birləşdirən və məsafəni yarım saat qısaldan yol.

Turizmdən danışanda, yəgin ki, koronavirus nəyin prioritet ola biləcəyini göstərdi. Biz hamımız yaxşı gördük ki, daxili turizm də mühüm imiş. Bəli, xarici turistlərinin sayının artması da lazımdır, lakin ölkənin təkcə xaricilərdən asılı olması olmaz”, – deyə o bildirib.

Xatırladaq ki, 15 iyundan Gürcüstanda daxili turizm açıq elan edilib. Ölkə rəhbərliyi vətəndaşları bu il vətənlərində dincəlməyə və bu sahədə ölkəyə kömək etməyə çağırır.