Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, hərbi təlimlər və desant çıxarma məşqləri Misirin hərbi əməliyyata hazırlaşdığını göstərir.

Bunu hərbi ekspert, Misir ordu generalı Mahfuz Marzuk bildirib.

Misir SQ-in hərbi təlimlərinin xarakteri, onun miqyası… və silahların növləri Misirin əsas hərbi əməliyyat üçün strateji hazırlığa başladığını göstərir”, – deyə o qeyd edib.

Xatırladaq ki, Liviyanın şərqində fəaliyyət göstərən hökumət “Liviya və Misir milli təhlükəsizliyini qorumaq üçün” Misirin Liviya münaqişəsinə müdaxilə etməsinə icazə verib.

Keçən həftə Misir Liviya ilə sərhəddə “Qətiyyət 2020” kod adlı genişmiqyaslı hərbi təlimlər keçirib. Təlimdə bütün növ silahlardan istifadə edilib.

Qeyd edək ki, hazırda Liviyada qərbdəki və şərqdəki hökumətlər arasında müharibə gedir.