Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

Az.shafaqna.com xəbər verir ki, qurumun rəsmi saytında bildirilib ki, səfərbərliklə bağlı sms-lər həqiqətə uyğun deyil.

“Hörmətli vətəndaşlar, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edən naməlum mənbədən bəzi vətəndaşların mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə bağlı sms göndərilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsmi olaraq bildirir ki, cəmiyyətdə çaşqınlıq yarada biləcək belə məzmunlu məlumatlar həqiqətə uyğun deyildir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşları daha diqqətli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırır.”, -deyə qurumun məlumatında qeyd edilir.