Az.shafaqna.com-un verdiyi xəbərə görə, Türkiyə hökuməti BMT-yə 52 ölkə adından İsrailə silah embarqosu tətbiq etməyə çağıran məktub təqdim edib.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr bildirib.
Məlumata əsasən, məktubu iki təşkilat da imzalayıb: Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatı. Məktub müəllifləri embarqonun tətbiqini zəruri hesab edirlər, çünki, Qəzza zolağında və Livanda gedən döyüşlər zamanı İsrail insan haqlarını və beynəlxalq humanitar hüququ pozur.
Məktubu imzalayan ölkələr arasında Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, Çin, İran, Cənubi Afrika Respublikası, Qırğızıstan, Qazaxıstan, Rusiya və Səudiyyə Ərəbistanı da var.
İsrail tərəfi bu cür ittihamları rədd edib.
Bu məqaləni paylaş
