mos.ru

Az.shafaqna.com “Life”-yə istinadən xəbər verir ki, Rusiyada dövlət imtahanında qəribə hal yaşanıb.

Belə ki, hələ uzun illər öncə məktəbi bitirmiş 32 yaşlı şəxs ali məktəbə daxil olmaq qərarına gəlir, bunun üçün isə müəyyən bal toplamalıdır. Lakin o, imtahandan keçə bilmək şansını artırmaq üçün özünə oxşayan 28 yaşlı qohumunu öz yerinə imtahana göndərib.

Birinci komissiyanı aldatmaq mümkün olsa da, sonradan həmin şəxsin həqiqi kimliyi müəyyən edilib, onun özün isə saxtakarlığı etiraf edib.

Hər iki şəxsin barəsində faktla bağlı inzibati qanun pozuntusuna dair iş açılıb.

Əvvəlki məqaləGürcüstanda qumar və narkotikdən asılı gənclərə pulsuz konsultasiya veriləcək
Növbəti məqalədəMisirli general: Misir müharibəyə hazırlaşır