Azərbaycan ağırlıqqaldıranı bürünc medal qazanıb

Az.shafaqna.com-un verdiyi xəbərə görə, azərbaycanlı ağırlıqaldıran Qasım İsmayılov (67 kq) Polşada keçirilən Avropa birinciliyində uğurlu çıxış edib.

Məlumata əsasən, təmsilçimiz bürünc medal qazanıb.

Qasım birdənqaldırma yarışında 120 kq nəticə göstərərək 4-cü olub. O, təkanlaqaldırmada daha yaxşı çıxış edərək 153 kq çəkinin öhdəsindən gəlib. Bu ona bürünc mükafat qazandırıb. Nəticədə iki hərəkətin cəmində 273 çəkinin öhdəsindən gələn atletimiz üçlüyə düşməyi bacarıb.

Qeyd edək ki, bu gün daha 2 atletimiz Tehran Məmmədovla Fuad Həsənov (hər ikisi 67 kq) Avropa birinciliyində U-23 kateqoriyasında qüvvələrini sınayacaqlar.

Bu məqaləni paylaş