NBA-da koronavirus şoku

265
0

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) 16 oyunçusu koronavirusa yoluxub.

Az.shafaqna.com-un “Trend”ə istinadən məlumatına görə, həmin idmançıların adı açıqlanmır.

Bundan əvvəl, “Denver Naggets” klubunun basketbolçusu Nikola Yokiçin koronavirus testinin mübət nəticələndiyi məlum olmuşdu.

Qeyd edək ki, NBA matçları iyulun 30-da bərpa olunacaq. Mövsümün bütün matçları Florida ştatında keçiriləcək. Komandalar iyulun 7-də məşqləri bərpa edəcək.

Milli Basketbol Assosiasiyasının 2019-2020-cil mövsüm oyunları pandemiya ilə əlaqədar mart ayında dayandırılmışdı.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin