Az.shafaqna.com “interpressnews”-ə istinadən xəbər verir ki, Tbilisi polis departamentinin əməkdaşları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 3 nəfəri tutub.

Onlar “oğru dünyasına” üzv olmaqda və şantaj-hədə ilə pul almaqda ittiham edilirlər.

Gürcüstan DİN-dən bildirilib ki, bu cinayətlərə görə 7-10 illik həbs cəzası nəzərdə tutulub.

Saxlalınanlar Tbilisidəki “Orkiba” avtodayanacağında şəxsi avtomobilləri sərnişin daşıyan şəxsləri hədələyərək onlardan hər ay pul alırdılar.