Wikimedia Commons

Az.shafaqna.com xəbər verir ki, And kondoru uçuş vaxtının cəmi 1%-ni qanad çalmağa sərf edir, bütün qalan vaxtı isə qalxan hava axınlarının sayəsində süzür.

Böyük Britaniyanın Suonsi Universitetinin mütəxəssisləri bu haqda araşdırmalarını “Proceedings of the National Academy of Sciences” jurnalında dərc ediblər.

And kondoru süzməyi bacaran dünyanın ən ağır quşudur. Onun çəkisi 15 kq-a, qanadlarının açılmış haldakı uzunluğu isə 3 metrə çatır.

Araşdırmaçılar kondorun qanadlarının hər çalmasını qeydə almaq üçün 8 kondor quşuna xüsusi cihaz qoşublar. Alimlər ümumilikdə 250 saatdan artıq uçuşu qeydə alıblar.

Kondorlardan biri qanad çalmadan 160 km məsafəni qət edib.

Uzun müddətli süzmə üçün kondorlar qalxan hava axınlarından istifadə edirlər.

Adıçəkilən quşlar leşyeyəndir və onlar qida tapmaq üçün saatlar uçmalı olurlar. Məhz süzmə sayəsində onlar böyük məsafələri qət edir və qanadlara düşən yüklənməni minimuma salırlar.