
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Ukrayna XİN başçısı Dmitri Kuleba bildirib ki, Milli İslahatlar Şurasının İcra Komitəsinin başçısı Mixail Saakaşvilinin hər bəyanatından sonra ölkə “vəziyyətdən çıxmağa” çalışır.
“Ölkəni təmsil etmək səlahiyyəti olmayan, lakin seçki ərəfəsindəki Gürcüstandakı vəziyyəti aktiv şəkildə şərh edən Ukrayna vətəndaşı var. Bu vətəndaşın adı Mixail Saakaşvilidir. Onun hər bəyanatı bununla bitir ki, Ukrayna səfiri Gürcüstan XİN-ə çağırılır və ona orada öz narazılıqlarını bildirirlər. Burada disbalans budur: fərdi şəxs çıxış edir, dövlət isə buna görə üzr istəyərək vəziyyətdən çıxmağa çalışır”, – deyə Kuleba qeyd edb.
Ukraynalı nazir əlavə edib ki, ölkəsi Gürcüstanla olan ikitərəfli münasibətləri yüksək qiymətləndirir, münasibətlərin sabitləşməsinə və “bu qıcıqlandırıcının” aradan qaldırılmasına ümid edir.
“Mən əminəm ki, istənilən fərdi şəxsin bəyanatları bizim xalqlarımız və ya ölkələrimiz arasındakı münasibətləri dağıda bilməz”, – deyə o bildirib.
Xatırladaq ki, Gürcüstan hökumətini qeyri-qanuni adlandırıb.






























