Az.shafaqna.com “Zvezda”-ya istinadən xəbər verir ki, mənzildə istidən xilas olmağın yaxşı yolu kondisionerdir, lakin onsuz da rahat yuxu üçün şərait yaratmaq olar.

Bu haqda Rusiya Somnoloqlar Cəmiyyətinin üzvü, tibbin yuxu şöbəsinin həkimi Alyona Maksimova danışıb.

Əgər kondisioner yoxdursa, pəncərələri açın. Yuxu üçün nəzərdə tutulan otaq da isə, əksinə, pərdə və pəncələri qadapın ki, ora isinməsin”, – deyə o bildirib.

O həmçinin qeyd edib ki, isti havada yataq otağında yaxşı olardı ki, hava nəmləndiricisindən istifadə edilsin. Lakin, əgər hava nəmləndiricisi yoxdursa, otağa içərisində soyuq su olan ləyən qoymaq olaraq.

Bundan başqa, həkim yorğansız yatmağı, ya da kətan və ya panbıqdan olan yorğandan istifadə etməyi məsləhət görüb.

Olduqca isti havada sintetik parçalardan imtina etmək lazımdır, çünki bu material dərinin daha pis nəfəs almasına səbəb olur.