Kobaxidze: Almaniyanın Gürcüstana dair qətnaməsi demokratiya ilə əlaqəsizdir

“Almaniya Bundestaqının Gürcüstanla bağlı qətnaməsinin ədalət və demokratiya prinsipləri ilə heç bir əlaqəsi yoxdur və bu, çox təəssüf doğurur”.

Az.shafaqna.com-un Azərtac-a istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, Bundestaqın Gürcüstanda demokratiyayönlü insanları cəzalandırmağı tələb edən bir qətnamə qəbul etməsi, qəbul olunan qətnamənin cinayətkarları qoruması, LGBT təbliğatına qarşı qanun qəbul edilməməsini tələb etməsi heyrət və təəssüf doğurur.

Bu məqaləni paylaş