Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, OPEK-in 2-ci ən böyük neft istehsalçısı İraq OPEK+ razılığı çərçivəsində iyunda neft hasilatını planlaşdırılan həcmin təxminən 90%-ni azaldıb, iyulda isə kvotanı tam yerinə yetirməyi planlaşdırır.

Bu haqda Səudiyyə Ərəbistanı Energetika Nazirliyinin və İraq Neft Nazirliyinin birgə bəyanatında deyilir.

İraqın yeni neft naziri İhsan Əbdül Caber səudiyyəli nazir şahzadə Əbdül Əziz bin Salmana bildirib ki, İraq intizamını yaxşılaşdırmağa davam edəcək və iyul ayında riayət 100%-ə çatacaq.

İraqlı nazir həmçinin söz verib ki, İraq iyul-sentyabrda may ayında yol verilmiş neft hasilatının azalmasındakı geri qalmanın yerini dolduracaq.

Xatırladaq ki, OPEK+ razılaşması mayda 87% yerinə yetirilib. İraq öz hasilat kvotasını cəmi 46% yerinə yetirib. Ən yaxşı göstəricilər Qazaxıstan (76%), Anqola (74%) və Nigeriyada (74%) olub.