Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir.
Bu barədə “Az.shafaqna.com”a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş FHN-nin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
Əməliyyat çərçivəsində təyyarə ötən gün İzmir-Foça istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
“Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir”, – FHN-in məlumatında diqqətə çatdırılıb.
Bu məqaləni paylaş
