
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, 2020-ci ilin iyun ayında aksiz markası olmayan iri həcmdə malların saxlanılması və daşınması ilə bağlı 54 hal müəyyən edilib.
Bu haqda Gürcüstan Maliyyə Nazirliynin İstintaq Xidməti bildirib.
Xüsusilə də, satış üçün nəzərdə tutulmuş 118 325 siqaret qutusu müsadirə edilib.
Müsadirə edilmiş aksissiz siqaretlərin ümumi dəyəri 375 min laridən çoxdur (122 min dollardan çox).
“Saxta aksiz markalarının hazırlanması, satışı və istifadəsi” maddəsi ilə istintaq aparılır.






























