Az.shafaqna.com “Habertürk”-ə istinadən xəbər verir ki, ABŞ-ın Türkiyəyə qarşı Rusiyadan S-400 alışına görə sanksiya tətbiq etmək istəməsi NATO-dakı mühüm həmkarına qarşı ehtiramsızlıqdır.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə NATO ölkəsidir, ABŞ da NATO ölkəsidir. Türkiyə ittifaqın 5 ən hümüm ölkələrindən biridir, odur ki, bu, qeyri-adi ölkədir. Əgər əvvəl cənab (ABŞ prezidenti Donald) Tramp və ya (ABŞ-ın eks-prezidenti Barak) Obama NATO-da Türkiyə kimi belə bir ölkənin olduğunu iftixarla deyirdilərsə, indi ABŞ Türkiyəyə qarşı CAATSA (ABŞ rəqibləri ilə qarşı sanksiyalarla mübarizə – red.) tətbiq edir“, – deyə o qeyd edib.

Bu, olduqca mühüm NATO həmkarına qarşı ehtiramsızlıqdır. Mən bunu belə görürəm”, – deyə Ərdoğan əlavə edib.

Xatırladaq ki, ötən gün 4 mənbə, ABŞ-ın iki rəsmi mənbəsi də daxil olmaqla, ABŞ-ın S-400-ə görə Türkiyəyə qarşı sanksiya tətbiq etməyə hazırlaşdığını bəyan etmişdi.

Dövlət Departamenti oktyabrda qeyd etmişdi ki, S-400-ə görə Ankaraya qarşı sanksiya tətbiqi riski artır.

Əvvəlki məqalə“İcazələrin Alınması və Monitorinqi Sistemi” yenidən aktivləşdirildi – VİDEO
Növbəti məqalədəGürcüstan hökuməti istefa verdi – SƏBƏB