Az.shafaqna.com xəbər verir ki, son hadisələrdən sonra Türkiyə rəsmilərindən növbəti dəstək gəlib.

Belə ki, bu dəfə Türkiyə prezidentinin köməkçisi Fuad Oktay “Twitter” səhifəsində Azərbaycana dəstəyini ifadə edib.

Fuad Oktay ”Twitter” səhifəsində etdiyi paylaşımda “Səninləyik Azərbaycan” ifadələrini işlədib.

Türkiyə-Azərbaycan dostluğunu vurğulayan Fuad Oqtay  bunları qeyd edib: “Dost və qardaş Azərbaycana Ermənistan tərəfindən edilən hücum qəbul oluna bilməz, kəskin şəkildə qınayıram. ‪Şəhid olan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət diləyirəm. ‪Türkiyə və Azərbaycan ətlə dırnaqdır. ‪Hər zaman və hər şərtlə səninləyik Azərbaycan”.