(AP Photo/Baderkhan Ahmad, File)

Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Suriyada kustar üsulla hazırlanmış partlayıcının işə düşməsi nəticəsində Rusiyanın 3 hərbçisi yüngül xəsarətlər alıb.

Suriyadakı Düşmən Tərəflərin Barışdırılması Mərkəzi bildirir ki, İdlib əyalətindəki M4 yolunda Rusiya və Türkiyə hərbçilərinin birgə patrulu zamanı terrorçular bomba partladıb.

Partlayış nəticəsində Rusiya hərbi polisinin zirehli transportyoru və Türkiyənin zirehli avtomobili zədələnib”, – deyə qeyd edilir.

Rusiya hərbçiləri ilə yanaşı, Türkiyə hərbçiləri arasında da yaralılar var.

Yaralıların hamısı operativ şəkildə təxliyyə edilib.