Norveç Türkiyəyə qarşı silah embarqosunu ləğv edəcək

Oslo Ankaraya qarşı tətbiq etdiyi silah embarqosunu ləğv edəcək.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi Öncü Keçeli məlumat verib.

Qeyd edilib ki, bu barədə Norveç XİN başçısı Türkiyədən olan həmkarı Hakan Fidanla keçirdiyi telefon danışığı zamanı bildirib.

Xatırladaq ki, sözügedən embarqo 2019-cu ildə tətbiq edilib.

Bu məqaləni paylaş