İsrail vertolyotu qəzaya uğradı – QƏZZADA

İsrailin “UH-60 Black Hawk” modelli hərbi vertolyotu Qəzza sektorunda qəzaya uğrayıb.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Qəzza sektorunun Rəfah bölgəsində baş verib.

Bildirilir ki, helikopter eniş edərkən qəzaya uğrayıb.

Nəticədə İsrailin 2 əsgəri ölüb, 7 əsgəri isə yaralanıb.

Xatırladaq ki, İsrail ordusu Qəzza sektorunda 2023-cü il 7 oktyabrdan bəri 41 mindən çox günahsız fələstinlini qətlə yetirib, təxminən 100 min nəfər dinc qəzzalı da yaralanıb.

Bu məqaləni paylaş