
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, beynəlxalq ictimaiyyət ABŞ-ın İrana qarşı silah sanksiyasının bərpa istəyi ilə mübarizə aparmalıdır.
Çin XİN rəsmisi Xua Çinyin İranın nüvə sazişinin ildönümündə bu bəyanatla çıxış edib.
“Beynəlxalq ictimaiyyət İrana qarşı sanskiyaların uzadılması və ya bərpasına qarş çıxmalı, ABŞ-ın nüvə sazişinə hörmət və onun icrası yoluna qayıtmasına təkid etməlidir”, – deyə o qeyd edib.
O, ABŞ-ın son illər birtərəfli addımlar siyasəti yürütməsinə, beynəlxalq öhdəliklərindən boyun qaçırması və beynəlxalq sazişlərdən çıxmasına görə təəssüfünü bildirib.
“2018-ci ilin mayında ABŞ nüvə sazişindən çıxdı, bundan başqa, sazişin qalan üzvlərinin onu icra etməsinə bütün gücü ilə mane olmağa başladı ki, bu da, İranın nüvə məsələsi ətrafında gərginliyin artmasına səbəb oldu”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, hazırda ABŞ tərəfi bütün gücü ilə TŞ-da silah tədarükü embarqosunu uzatmağa çalışır və “BMT TŞ-ın İrana qarşı sanksiyalarını geri qaytaracağı ilə təhdid edərək sazişi pozmağa cəhd edir”.
O əlavə edib ki, İranın nüvə sazişinin bir hissəsinin yerinə yetirməkdən imtinası ABŞ-ın maksimum təzyiqlərinin nəticəsidir.
“Çin tərəfi hesab edir ki, nüvə sazişinin qorunması və icrası İranın nüvə probleminin dinc həllinin yeganə doğru yoludur”, – deyə o bildirib.






























