Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Fransa XİN başçısı Jan-İv Le Drian türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı keçirib.

Fransa tərəfinin məlumatına görə, tərəflər son həftələr baş verən hadisələrdən sonra Türkiyə və Avropa İttifaqı (Aİ) arasındakı ikitərəfli qarşılıqlı fəaliyyət və münasibətlərlə bağlı müxtəlif mövzuları müzakirə ediblər.

Bununla bağlı Fransa və Aİ Ankaradan izahat gözləyir. Bu, tərəflər arasındakı “konstruktiv münasibətlərin bərpası üçün zəruri şərtdir”.