İran XİN sözcüsü Abbas Musəvi

“Türkiyə xalqının və müsəlmanların Ayasofya məscidinin ibadətə açılmasıni müsbət qarşılamasından biz də məmnunuq”.

Az.shafaqna.com İran mediasına istinadən xəbər verir ki, İranın Xarici İşlər Naziriliyinin sözçüsü Abbas Musəvi, Ayasofya məscidi qapısının ibadətə açılması ilə bağlı İranın rəsmi mövqeyini açıqlayıb.
Bəzi ölkələrin bu qərara reaksiyasına Abbas Musəvi belə cavab verib: “Ayasofyanın statusu ilə bağlı qərar Türkiyənin daxili işidir. Bu, Türkiyənin milli suverenliyi çərçivəsində nəzərdən keçiriləcək bir məsələdir.”

Qeyd edək ki, 10 iyul 2020-ci ildə Türkiyə Apellyasiya Məhkəməsi Ayasofyaya məscid statusunu qaytarıb.