Az.shafaqna.com-un verdiyi xəbərə görə, Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 4-ü saat 19:35 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.

“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, – məlumatda vurğulanıb.

Əvvəlki məqaləPaytaxtda bu avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Növbəti məqalədəPolisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi