Az.shafaqna.com-un verdiyi xəbərə görə, paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 6-dan 8 Noyabr prospektində (Ramiz Quliyev küçəsindən Zığ dairəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə AYNA-dan məlumat verilib.

Bildirilir ki, məhdudiyyətlə əlaqədar 21, 51 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ramiz Quliyev, Cavanşir, Ceyhun Həsənov, Aşıq Ələsgər və Vunqtau küçələri, eləcə də Gəncə prospekti ilə təşkil ediləcək.

Əvvəlki məqaləXaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək
Növbəti məqalədəAzərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub