ADA Universitetində üç yeni təhsil proqramı açılıb.

Az.shafaqna.com” xəbər verir ki, bunu Bolonya Universitetinin professoru, ADA Universitetinin “Kənd təsərrüfatı və qida elmləri” fakültəsinin dekanı Matteo Vittuari jurnalistlərə açıqlamasında deyib.

O, proqramların bakalavriat və magistratura pillələri üzrə 100 tələbə üçün nəzərdə tutulduğunu vurğulayıb.

“İki proqram – kənd təsərrüfatı və qida texnologiyası proqramları bakalavrlar üçün nəzərdə tutulub. Magistrlar isə kənd təsərrüfatı və qida sistemlərinin idarə edilməsi üzrə proqrama qoşula bilərlər”, – dekab bildirib.

Əvvəlki məqaləTürkiyə ilə Misir arasında 18 sənəd imzalanıb
Növbəti məqalədəAvarçəkmə üzrə Azərbaycan çempionatı başa çatıb