Rəsmi Ankara BRİKS-ə üzv olmaq üçün müraciət edib.
Az.shafaqna.com türk mediasına istinadən xəbər verir ki, ötən gün KİV-lərdə gedən müvafiq məlumatı Türkiyənin hakim partiyasının – AKP-nin mətbuat katibi Ömər Çelik də təsdiq edib.
O, prosesin davam etdiyini, yekun nəticədən sonra əlavə məlumatların veriləcəyini deyib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da məsələ ilə bağlı açıqlama verib.
O, Türkiyənin sorğusunun BRICS-ə üzv ölkələr tərəfindən gözdən keçiriləcəyini bildirib.
Xatırladaq ki, 22-24 oktyabr tarixlərində Rusiyanın Kazan şəhərində adıçəkilən təşkilatın sammiti keçiriləcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu tədbirdə iştirak edəcək.