Hicri təqvimi ilə səfər ayının 28-i, bazar ertəsi, sentyabrın 2-si Məhəmməd peyğəmbərin (s) vəfatı və İmam Həsən Müctəbanın (ə) şəhadətinin ildönümü idi.

Az.shafaqna.com IQNA-ya istinadən xəbər verir ki, İmam Əlinin (ə) məqbərəsinin informasiya şöbəsinin müdiri Heydər Rəhim mətbuata bildirib ki, bazar ertəsi türbəni təxminən 5 milyon ziyarətçi ziyarət edib.

O, həmçinin bildirib ki, bütün aidiyyatı qurum və təşkilatlar ziyarətçilərin türbəni ziyarət etmələrini asanlaşdırmaq üçün səy göstərirlər.

Nəcəf valisi Yusif Məkki Qənəvi deyib ki, Peyğəmbərimizin (s) vəfatının ildönümünə səfər üçün xüsusi təhlükəsizlik planı uğurla həyata keçirilmişdir.

İraqın daxili işlər naziri mərasim zamanı ölkə daxilindən və xaricdən milyonlarla ziyarətçinin olduğunu xatırladaraq, mərasimdə təhlükəsizliklə bağlı hər hansı insident yaşanmadığını vurğulayıb.

Həzrət Məhəmməd peyğəmbərin (s) vəfatı və İmam Həsən Müctəbanın (ə) şəhadətinin ildönümündə ziyarətçilər ənənəvi olaraq hər il İmam Əlinin (ə) məqbərəsində bir araya gələrək əzadarlıq mərasimi təşkil edirlər.

Əvvəlki məqaləKolleclərə qəbul nəticələri açıqlanıb
Növbəti məqalədəTürkiyə və Rusiya yayılan məlumatı TƏSDİQLƏDİ