Sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.

Bu barədə “Az.shafaqna.com“a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 5-i gündüzdən 7-si gündüzədək isə bölgələrdə fasilələrlə qərb küləyi Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Tovuz, Ağstafa, Bərdə, Yevlax, Tərtər, Mingəçevir, Beyləqan, Ağdam, Füzuli, Ağcabədi, Samux, Xaçmaz, Şabran, Siyəzən, Hacıqabul, Neftçala, Salyan, Saatlı, Sabirabad, Ağsu, Balakən, Şəki, Zaqatala, Şamaxı, Qobustan, Astara, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvarda arabir 13.9-20.7 m/san təşkil edəcək. Bu, sarı xəbərdarlığa uyğundur.

Həmçinin Gəncə, Goranboy, Naftalan rayonlarında isə fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir ki, bu da narıncı xəbərdarlığa uyğundur.

Əvvəlki məqaləRusiyadan ABŞ-a: “Qırmızı xətlərimizlə” zarafat etməyin!
Növbəti məqalədə9 və 11-ci sinif şagirdləri üçün əlavə imtahan keçiriləcək