
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Liviyanın şərqində fəaliyyət göstərən parlament ölkədəki ümumi təhlükəsizlik və sabitliyə xatir Misir ordusunun Liviya münaqişəsinə müdaxilə etməsinə icazə verib.
Bəyanatda deyilir ki, “parlament 2 qardaş xalqı işğalçıya zərbə endirmək üçün səyləri birləşdirməyə çağırır”. Misir hərbçiləri “Liviya və Misir milli təhlükəsizliyini qorumaq” üçün müdaxilə edə bilərlər.
“İşğalçını məğlub etmək və ölkəmiz və regiondakı ümumi təhlükəsizlik və sabitliyi qoruyub saxlamaq üçün”, – deyə sənəddə qeyd edilir.
Xatırladaq ki, hazırda Liviyada 2 fərqli hökumət fəaliyyət göstərir: qərbdə Fəyyaz Saracın başçılıq etdiyi Milli Razılıq Hökuməti, şərqdə isə Abdulla Əbdürrəhman ət-Taninin başçılıq etdiyi “şərq hökuməti”. Liviya Milli Ordusunun komandanı Xəlifə Həftar şərqdəki hökumətə dəstək verir.






























