Salome Zurabişvili de-fakto Gürcüstan prezidenti deyil.
Az.shafaqna.com gürcü mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze bildirib.
O deyib ki, Zurabişvili ölkə Konstitusiyasını pozan əməllərə yol verdikdən sonra faktiki olaraq daha prezident deyil.
Kobaxidze qeyd edib ki, Zurabişvili Konstitusiya Məhkəməsində iddia qaldırmaqla bu qurumun qanuniliyini tanımış olub. Konstitusiya Məhkəməsi isə onun qeyri-legitim prezident olması və Konstitusiyasını pozması barədə qərar çıxarıb.
Onun sözlərinə görə, hazırda Zurabişvili yalnız “Vahid Milli Hərəkat” müxalifət partiyasından dəstək aldığına görə prezident kürsüsünü formal olaraq qoruyub saxlaya bilir.